Modern.az

Bərdədə yol qəzası: ölən var

Bərdədə yol qəzası: ölən var

Hadisə

Bu gün, 21:49

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, adı hələ açıqlanmayan qadın sürücü yolu keçməkdə olan rayonun Qarağacı kənd sakini 1994-cü il təvəllüdlü Qasımov Fərid Əfqan oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Mərhumun meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna aparılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan