Modern.az

Horadizdə traktor minaya düşdü - Sürücü yaralandı

Horadizdə traktor minaya düşdü - Sürücü yaralandı

7 Dekabr 2023, 11:08

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.

 

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal