Modern.az

Seçicilərin neçə faizi səs verib? - RƏSMİ

Seçicilərin neçə faizi səs verib? - RƏSMİ

Ölkə

7 Fevral 2024, 21:47

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermədə seçici fəallığı ilə bağlı yekun məlumatı açıqlayıb.

 

Modern.az xəbər verir ki, Fərid Orucov saat 19:00-a olan yekun məlumata görə, respublika üzrə seçicilərin 76.73 faizinin (4 milyon 971 min 32 nəfər) səs verdiyini bildirib.

 

Bildirilib ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsindən 6522-i hesabat verib.

 

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib, seçkilər saat 19:00-da başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir