Modern.az

FHN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

FHN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

Hadisə

12 Fevral 2024, 20:38

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

 

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar 1953-cü il təvəllüdlü Məmmədova Rahilə Qoç qızı, 1978-ci il təvəllüdlü Qənbərov Çingiz Aslan oğlu, 1987-ci il təvəllüdlü Səfərova Nərmin Abbas qızı, 1988-ci il təvəllüdlü Rəhimov Qurban Elşad oğlu, 2013-cü il təvəllüdlü Rəhimzadə Nurgül Qurban qızı, 2015-ci il təvəllüdlü Rəhimli Əli Qurban oğluna xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri