Modern.az

Bakıda 16 yaşlı qızı anası evdən qovub, Komitə araşdırma aparır - YENİLƏNİB

Bakıda 16 yaşlı qızı anası evdən qovub, Komitə araşdırma aparır - YENİLƏNİB

Hadisə

21 Fevral 2024, 13:04

Bakıda ananın 16 yaşlı qızını evdən qovması məsələsi araşdırılır.


Modern.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.


"Məsələ ilə bağlı məlumatımız var, hazırda araşdırma aparılır", - açıqlamada deyilir.

 

***

12:08

 

Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbəsində 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızın anası onu evdən qovub.

Modern.az-ın məlumatına görə, bunu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdəki paylaşımında bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, evdən qovulan qız müxtəlif ünvanlarda gecələməli olur.

M.Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyini məsələni diqqətdə saxlamağa çağırıb.

“Uşağın ailəsi ilə görüşüb vəziyyətin qiymətləndirilməsinə ehtiyac var», - o deyib.
 

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, məsələ qurumun əməkdaşları tərəfindən diqqətə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil