Modern.az

Kanalda boğulan hərbçimiz bu RAYONDANDIR

Kanalda boğulan hərbçimiz bu RAYONDANDIR

27 May 2024, 19:59

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

 

Modern.az-ın məlumatına görə, vəfat edən hərbçi Xaçmaz rayonun Köhnə Xudat kənd sakinidir. O, 2002-ci ildə sözügedən kənddə anadan olub.

 

Məlumata görə, hərbçi İkinci Qarabağ müharibəsində də iştirak edib. O, Suqovuşan istiqamətində döyüşlərə qoşulub.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri