Modern.az

Yolu keçən ana və körpəni maşın vurdu - Azyaşlı xəstəxanada öldü

Yolu keçən ana və körpəni maşın vurdu - Azyaşlı xəstəxanada öldü

Hadisə

22 İyul 2024, 09:44

Baklda avtomobil iki piyadanı vurub.

Modern.az xəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB