Modern.az

Azərbaycan daha 3 medal QAZANA BİLƏR

Azərbaycan daha 3 medal QAZANA BİLƏR

İdman

2 İyul 2023, 11:09

Azərbaycan idmançıları Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün 3 növdə mübarizə aparacaqlar.

 

Modern.az xəbər verir ki, ölkə təmsilçiləri boks, kikboksinq və stend atıcılığında qüvvələrini sınayacaqlar.

 

Stend atıcılığı
Qadınlar komanda yarışı
Təsnifat

11:00. Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova

 

Kikboksinq
+63.5 kq (full kontakt)
Final

13:15. Fərid Ağamoğlanov - Damiano Tramontana (İtaliya)

 

Boks
+92 kq
Final

16:55. Məhəmməd Abdullayev - Castin Orye (Böyük Britaniya)


Qeyd edək ki, Avropa Oyunlarına bu gün yekun vurulacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi