Modern.az

Türkiyə Superliqasının qalibi bu gün müəyyənləşəcək

Türkiyə Superliqasının qalibi bu gün müəyyənləşəcək

26 May 2024, 10:55

Futbol üzrə Türkiyə Superliqasının qalibi bu gün müəyyənləşəcək.

 

Modern.az-ın məlumatına görə, sonuncu-XXXVIII turun həlledici qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Çempionluğa iddialı komandalardan "Qalatasaray" "Konyaspor"un qonağı olacaq. "Sarı-qırmızılar" 99 xalla liderdir. Okan Burukun baş məşqçisi olduğu kollektivə titula sahib çıxmaq üçün heç-heçə də kifayət edəcək.

 

"Fənərbağça" isə İstanbulsporu qəbul edəcək. Meydan sahibləri qələbə qazanmalı və əsas rəqibinin Konyada məğlub olmasını gözləməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı