Modern.az

Almaniyalı futbolçu "Neftçi"də

Almaniyalı futbolçu "Neftçi"də

23 İyul 2024, 00:28

“Neftçi” almaniyalı futbolçu Robert Baueri transfer etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, "ağ-qaralar" 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

 

R.Bauer paytaxt təmsilçisində 23 nömrəli formanı geyinəcək.

 

O, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Tai” komandasının formasını geyinib.

 

Robert Bauer karyerası ərzində Almaniyanın “Verder Bremen”, Nürnberq” və “İnqolştadt” klublarında da çıxış edib. O, Almaniyanın U-20 və U-21 yığmalarında da mübarizə aparıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə: Ordumuzun hərbçisi həlak oldu