Modern.az

Paris Olimpiadasının bağlanış mərasimi: İdmançılarımız keçid etdi

Paris Olimpiadasının bağlanış mərasimi: İdmançılarımız keçid etdi

İdman

11 Avqust 2024, 23:36

Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, "Stad de Frans" stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 

Bağlanış mərasimində Azərbaycan komandasının rəsmi paradı olub.

 

Paradda bayrağımızı Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

 

Qeyd edək ki, Azərbaycan idmançıları "Paris-2024" Yay Olimpiya Oyunlarında 7 medal qazanıblar. Ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.

 

Azərbaycan Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ