Modern.az

Nazirdən neftçilərə TƏBRİK

Nazirdən neftçilərə TƏBRİK

İqtisadiyyat

20 Sentyabr 2022, 09:10

Azərbaycan energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü münasibəti ilə neftçiləri təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə P.Şahbazov "Twitter" hesabında paylaşım edib.

 

"20 sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesinin inkişaf tarixini yaradan, şərəfli neftçi peşəsinin dəyərlərini keçmişdən bu günümüzə ləyaqətlə daşıyan neftçilərimizi təbrik edir, həyat və fəaliyyətlərində uğurlar arzulayıram", - paylaşımda deyilir.

 

Məlumat üçün bildirək ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

 

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?