Modern.az

Azərbaycanda qeyri-adi olay - Bank hər müştəriyə 900 manat yüklədi

Azərbaycanda qeyri-adi olay - Bank hər müştəriyə 900 manat yüklədi

4 Oktyabr 2022, 12:54

Azərbaycanda qeyri-adi hadisə qeydə alınıb. Belə ki, "Unibank" müştəriləri səhəri balanslarına 900 manat yüklənməsinə dair aldıqları mesajla açıblar. Müştərilər nə baş verdiyini anlayana qədər məbləğ kart hesablarından geri çəkilib.

 

Məsələ ilə bağlı "Unibank"dan Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər.

 

Bildirilib ki, bu, sırf texniki problemlə bağlı məsələdir:

 

"Bəzi müştərilərin balanslarına texniki problemlə bağlı səhvən pul yüklənib. Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib".

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?