Modern.az

“İnvestAz”ın lisenziyasının müddəti başa çatdı - YENİLƏNİB

“İnvestAz”ın lisenziyasının müddəti başa çatdı - YENİLƏNİB

13 Mart 2023, 13:54

"İnvestAZ Asset Management" 27 avqust 2013-cü ildə o vaxtkı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən qiymətli kağızlar bazarında aktivlərin idarə olunması üzrə 5 illik lisenziya alıb, lakin bu lisenziya ilə bağlı heç bir fəaliyyəti olmayıb.

 

Bu barədə Modern.az-a "İnvest-Az İnvestisiya Şirkəti"ndən bildirilib.

 

Lisenziyanın müddəti 2018-ci ildə başa çatıb. Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib, bununla belə, "İnvestisiya fondları haqqında" qanuna cari ildə ediləcək təkmilləşdirmə üzrə dəyişiklikdən sonra şirkət yenidən lisenziya üçün müraciət etməyi planlaşdırır. "İnvestAZ İnvestisiya Şirkəti" isə ayrı hüquqi şəxsdir və investisiya xidmətləri üzrə müddətsiz lisenziyaya malikdir. 

 

***

 

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondunun idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-nin lisenziyasını ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bankın mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, bununla da, ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb. Hazırda bu sahə üzrə yalnız "AzFinance Asset Management" MMC lisenziyaya malikdir.

 

Xatırladaq ki, “İnvestAz Asset Management"i 2013-cü ildə "İnvest-Az İnvestisiya Şirkəti" QSC yaradıb. Onun nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Şəhriyar Ağazeynal oğlu Qurbanzadədir. O, həm də təsisçi investisiya şirkətinin qanuni təmsilçisidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir