Modern.az

Bizi daha pis Böyük Depressiya gözləyir - Trampdan bədbin PROQNOZ

Bizi daha pis Böyük Depressiya gözləyir - Trampdan bədbin PROQNOZ

İqtisadiyyat

13 Mart 2023, 14:12

ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkədəki iqtisadi problemlərə görə hazırkı dövlət başçısı Co Baydeni günahlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

 

Tramp hesab edir ki, gələcəkdə ABŞ yeni, daha güclü Böyük Depressiya ilə üzləşəcək.

 

"Co Bayden müasir dövrün Herbert Huveri (1929-1933-cü illərdəki ABŞ prezidenti - red.) olacaq. Bizi 1929-cu ildən daha pis Böyük Depressiya gözləyir. Buna sübut kimi, banklar artıq iflasa başlayıblar”, -eks-prezident bildirib.

 

Böyük Depressiya 24 oktyabr 1929-cu ildə birjada səhmlərin kütləvi şəkildə azalması ilə başlayan və 1939-cu ilə qədər davam edən qlobal iqtisadi böhrandır. 1932-ci ilə qədər ABŞ-da 12,5 milyon insan, ölkə əhalisinin 10%-i işsiz qalmışdı.

 

Qeyd edək ki, martın 10-da ABŞ-ın 16-cı ən böyük bankı Silikon Vadisi Bankı (SVB) müflis elan edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır