Modern.az

Bu gündən taksilərin qiyməti ARTDI

Bu gündən taksilərin qiyməti ARTDI

24 İyul 2023, 09:20

Azərbaycanda fəaliyyət göstərən "Bolt", "Uber", "Yango" taksi şirkətlərinin qiymətlərində artım olduğu bildirilir.

 

Modern.az xəbər verir ki, şirkətlər taksilərdə gediş haqqının minimal qiymətini artırıb.

 

Belə ki, bu gündən etibarən hər üç şirkətdə məsafədən asılı olmayaraq minimal qiymət 2.50 manat olacaq.

 

Bundan əvvəl "Yango", "Uber"də minimal gediş 1 - 1,2 ₼, "Bolt"da isə 1,5 - 1,6 ₼ olaraq dəyişirdi.

 

Artımın səbəbi açıqlanmayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi