Modern.az

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Mədəniyyət

17 İyul 2026, 19:01

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Prezidentin Şuşa rayonundakı xüsusi nünmayəndəsi Aydın Kərimov, Yazıçılar Birliyinin nümayəndələri, eləcə də türk dünyasından yazıçı və şairlər iştirak ediblər.

Çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Vaqif Poeziya Günlərinin mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri adlandırıb.

Baş katib builki poeziya günlərinin zəngin proqramına diqqət çəkərək deyib ki, bu həm də türk dövlətləri arasında mədəni əlaqələrin inkişafına xidmət edir.

Xalq şairi Vahid Əziz isə poeziya günlərinin davamlı yüksək təşkilatçılığını xüsusi vurğuıayıb.

Xalq şairi Vaqif Poeziya Günlərinin ənənə halını almasını mədəni təbliğata diqqət və qayğı kimi qiymətləndirib.

Ardınca “Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı”nın mükafatlandırılma mərasimi olub.

Qaliblər orden və diplomlarla təltif ediliblər.

Tədbir bədii kompozisiya ilə davam etdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi