Modern.az

İran Küveytə zərbə endirib, yaralılar var

İran Küveytə zərbə endirib, yaralılar var

Dünya

17 İyul 2026, 19:38

Bu gün səhər İran pilotsuz uçuş aparatları ilə Küveytdə bir neçə hərbi obyekt və bazaya zərbə endirib, nəticədə bir neçə hərbçi yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə “Al Jazeera“ Küveyt ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, Baş Qərargah rəisi general-leytenant Xalid Dərəc Səd Əl-Şurəyan və Baş Qərargah rəisinin müavini, aviasiya marşalı Sabah Cabir Əl-Əhməd Əl-Sabah yaralı hərbçilərə baş çəkiblər.

Məlumatda bildirilir ki, yaralananlar İran dronlarının Küveyt Quru Qoşunlarına məxsus bir neçə hərbi obyekt və düşərgəyə zərbəsi nəticəsində xəsarət alıblar. Bununla belə, yaralıların dəqiq sayı və zərbəyə məruz qalan hərbi obyektlərin adları açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi