Modern.az

Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi

Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi

Ölkə

Bu gün, 19:44

Nazirlər Kabineti 22 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edib.

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan birinə malik olduğu hallarda keçiriləcək imtahanın I mərhələsindən azad edilir:

- İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı;

- İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA - Association of Chartered Certified Accountants) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı

Qaydalarda göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər işçilərinin ümumi sayı 100 nəfərdən çox olmayan büdcə təşkilatlarında, habelə işçilərin sayından asılı olmayaraq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və strukturuna daxil olmayan tabeliyindəki büdcə təşkilatlarında və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə