Modern.az

Azərbaycanda 23 bank qaldı - SİYAHI

Azərbaycanda 23 bank qaldı - SİYAHI

İqtisadiyyat

19 Oktyabr 2023, 11:46

Mərkəzi Bank bu gün Azərbaycanda daha bir bankın lisenziyasını ləğv etdi. “Muğan Bank” artıq fəaliyyət göstərməyəcək.

Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir.

“Muğan Bank”ın müflis elan edilməsi çoxları üçün gözlənilməz olub. Çünki 1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni bankın aktivləri 647 milyon 971 min manata bərabər idi.

Xatırladaq ki, bundan əvvəl - 2023-cü ilin mayında "Günay Bank" bağlanmışdı. 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank" fəaliyyətini dayandırmışdı.

Beləliklə, hazırda Azərbaycanda bankların sayı azalaraq 23-ə enib. Modern.az hazırda fəaliyyətini davam etdirən banların siyahısını təqdim edir:

1. AccessBank
2. AFB Bank
3. Azərbaycan Beynəlxalq Bankı
4. Azər Türk Bank
5. Azərbaycan Sənaye Bankı
6. Bank Avrasiya
7. Bank of Baku
8. Bank BTB
9. Bank Respublika
10. Bank VTB
11. Premium Bank
12. Expressbank
13. Kapital Bank
14. Melli İran Bankı Bakı filialı
15. Naxçıvanbank
16. YeloBank
17. PAŞA Bank
18. Rabitəbank
19. TuranBank
20. Unibank
21. XalqBank
22. YapıKredi Bank
23. Ziraat Bank

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi