Modern.az

Fatma Abdullazadə də vəzifədən azad edildi

Fatma Abdullazadə də vəzifədən azad edildi

1 İyun 2017, 17:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər edib.


Modern.az-ın məlumatına görə, bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub.

Eyni zamanda, bəzi vəzifələrə yeni təyinat olmayıb.

Məsələn, Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri  və Adminsytasiyanın Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələri hələ ki boşdur.
 
Qeyd edək ki, Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini indiyədək Fatma Abdullazadə tuturdu. Lakin struktur dəyişikliyindən sonra Prezident Administrasiyasının saytında Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinin qarşısına heç bir ad yazılmayıb.

Xatırladaq ki, 69 yaşlı Fatma Abdullazadə uzun illərdir – 1993-dənPrezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.

Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu