Modern.az

Səhnəmizin "Nəsimi"sinin doğum günüdür - FOTO

Səhnəmizin "Nəsimi"sinin doğum günüdür - FOTO

Mədəniyyət

Bu gün, 22:00

Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür.

Modern.az xatırladır ki, Rasim Əhməd oğlu Balayev 1948-ci ildə avqust ayının 8-də Ağsu rayonunda anadan olub.

R. Balayev 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Xalq Artistinin ilk ekran əsəri Bakı kinostudiyasında çəkilən "Ulduzlar sönmür" filmindəki epizodik rolu olub. 

Sonrakı illərdə aktyor “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda da filmlərə çəkilib. Aktyor həmçinin “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərində rol alıb.

Rasim Balayev aktyor kimi fəaliyyətindən əlavə onlarla filmdə müxtəlif obrazları səsləndirib.

Xalq artisti 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri olub.

O, 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Xalq artisti Rasim Balayev 29 mart 2026-cı ildə İstanbulda yerləşən "Memorial" xəstəxanasında dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada