Modern.az

Adil Kərimli Laçında vətəndaşlarla görüşəcək

Adil Kərimli Laçında vətəndaşlarla görüşəcək

Mədəniyyət

10 Avqust 2026, 15:25

Mədəniyyət naziri Adil Kərimli avqustun 27-də, saat 10:00 da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar avqustun 21-dək nazirliyin elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...