Modern.az

Sergey Bodrovun qızı atasının yolunu seçdi - FOTO

Sergey Bodrovun qızı atasının yolunu seçdi - FOTO

Mədəni̇yyət

3 Oktyabr 2022, 16:14

Mərhum aktyor və rejissor Sergey Bodrovun qızı kiçik Olqa Bodrova "Sobaka.ru" jurnalının üz qabığına çəkilib.


Modern.az-ın məlumatına görə, aktyorun iki övladı var: oğlu Aleksandr və qızı Olqa.
Olqa atasının yolu ilə getməyə qərar verib və aktrisa olub. Çox yaxında 24 yaşlı aktrisanın əsas rollardan birini canlandıracağı "Velqa" melodramının premyerası olacaq.

"Sobaka.ru" jurnalı Olqa ilə oktyabr sayının üz qabığını təqdim edib.

Tamaşaçılar Sergey Bodrovu məşhur “Qardaş-1” və “Qardaş-2”  filmlərindən tanıyır. O, həmin filmlərdə baş rolun - Danila Baqrovu canlandırıb. Danila Baqrov obrazı onu bütün tamaşaçılara sevdirmişdi. Yüksək ədalət uğruna mübarizədə əlini silaha atan bu gənc 90-cı illər Rusiyasında pərakəndə və kriminal ruhlu cəmiyyətin illüstrasiyası idi.


2002-ci ilin iyulunda Sergey Bodrov rejjisor kimi “Rabitəçi” filminin çəkilişlərinə başlamışdı. Filmdə 2 dostun başına gələn əhvalatlar təqdim olunacaqdı. O baş rollardan birini ifa edəcəyini də təsdiqləmişdi. Həmin ilin sentyabr ayında çəkiliş qrupu bəzi kadrları çəkmək üçün Qafqaza - Şimali Osetiyanın dağlıq bölgəsində yerləşən Kormodon dərəsinə gedir. Burada baş qəhrəmanlardan birinin evə dönüş səhnəsi çəkilməli idi. Lakin 2002-ci il sentyabrın 20-si gecə saatlarında Kolka buzlağının qəfil uçqunu çəkiliş qrupunun da düşərgə qurduğu Kormodon dərəsini 300 metr qalınlığında buz və daş layı ilə örtür. Saatda 150-200 kilometr sürətlə hərəkət edən buzlaq 120 nəfərin ölümünə və itkin düşməsinə səbəb olur.

Təbii fəlakətin qurbanlarından biri də 31 yaşlı Sergey Bodrov olur. 2004-cü il mayın 7-nə qədər davam edən axtarış tədbirləri əksər cəsədlərin aşkar olunmaması ilə nəticələnir. Sergey Bodrovun da cəsədini tapmaq mümkün olmur.

İrili-xırdalı 13 filmdə rol alan Sergey Bodrov yaddaqalan Danila Baqrov obrazı ilə kino tarixində özünəməxsus iz qoyub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir