Modern.az

Zaqataladan “Avroviziya”ya - Əkiz qardaşların FOTOLARI

Zaqataladan “Avroviziya”ya - Əkiz qardaşların FOTOLARI

Mədəni̇yyət

9 Mart 2023, 12:00

"Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.

 

Modern.az xəbər verir ki, ölkəmizi mötəbər yarışda təmsil edəcək əkiz qardaşlar Tural və Turan Bağmanovlar 2000-ci il oktyabr ayının 30-u Zaqatala şəhərində anadan olublar.

 

Qardaşların atalarının musiqi zövqünün xarici musiqilərə yatğın olması və özlərindən böyük qardaşlarının daim yeni hitləri dinləməsi, onların musiqi zövqünün formalaşmasında mühüm rol oynayıb.

 

Musiqi təhsili almayan qardaşlar musiqi ilə məşğul olmağı, mahnı bəstələməyi sintezatorda öyrəniblər.

 

15-16 yaşlarından etibarən Zaqatalada müəyyən məktəb, şəhər və digər tədbirlərində səhnələr almağa başlayıblar. Atalarını erkən yaşda itirən qardaşlar Avroviziyada iştirak etmək üçün müsabiqənin seçim mərhələsində öz bəstələrini ifa edərək, qalib gəliblər. 

 

Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır