Modern.az

Mehriban Əliyevadan Novruz PAYLAŞIMI...

Mehriban Əliyevadan Novruz PAYLAŞIMI...

Mədəni̇yyət

20 Mart 2024, 09:17

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

Modern.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər! Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!".


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var