Modern.az

Qara Qarayevin heykəli niyə cilalanır? - Rəsmi CAVAB

Qara Qarayevin heykəli niyə cilalanır? - Rəsmi CAVAB

22 İyul 2024, 16:38

Sosial şəbəkədə Qara Qarayevin Nizami Kinoteatrı yaxınlığındakı abidəsinin cilalanmasına dair görüntülər yayılıb.

 

Modern.az-ın məlumatına görə, məsələ ilə əlaqadar Mədəniyyət Nazirliyindən bildirilib ki, nazirlik tərəfindən bu prosesə mütəxəssislər cəlb olunub.

 

“İşin icrası isə özəl bərpa şirkəti və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir. Ekspertlər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltəraş- bərpaçı Fərman Qasımov, heykəltəraş Orxan Nəbizadə prosesi nəzarətdə saxlayırlar”.

 

Bildirilib ki, qırmızı qranitdən işlənmiş Qara Qarayev abidəsinin heykəl və plint hissəsində sınmış və təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmiş detalların dəyişdirilməsi və restavrasiya edilməsi işləri icra edilir. Yenilənmiş hissələrin mövcud hissələrlə eynilik təşkil etməsi üçün müəyyən yumşaq üsullu cilalama işləri icra edilir. Narahatlığa heç bir əsas yoxdur”, - cavabda vurğulanır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri