Modern.az

Məşhur diktor Roza Tağıyeva: “Efirə çıxmaq istəmirəm”

Məşhur diktor Roza Tağıyeva: “Efirə çıxmaq istəmirəm”

Media

17 Yanvar 2013, 14:29

Azərbaycanın tanınmış diktoru Roza Tağıyeva uzun müddətdir efirlərdə görünmür. 
Mətbuatla çox az təmasda olan Roza xanım deyəsən müsahibə verməyə də həvəsli deyil.  

Modern.az saytının əməkdaşı məşhur diktoru axtarıb taparaq, onun indiki durumu ilə maraqlanıb.


Diktorun özü saytımıza açıqlamasında bildirib ki, o bu gün də televiziyada işləyir, sadəcə efirə çıxmaq istəmir. 

“Bu gün də AzTV-yə işə gedib-gəlirəm. Televiziyanın Ədəbi-dram redaksiyasının kadrarxası mətnlərini oxuyuram. Sadəcə efirə özüm çıxmaq istəmirəm”.

Roza xanım efirə çıxmamasının səbəblərindən danışmaq istəməyib.

Qeyd edək ki, Roza Tağıyeva uzun illərdir Azərbaycan Dövlət Televiziyasında çalışır, tanınmış diktor prezident təqaüdçüsüdür. O, vaxtilə AzTV-nin digər məşhur diktoru Rafiq Hüseynovla evli olub, sonradan ayrılıblar...

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi