Modern.az

Həbs olunmuş jurnalistin adı reyestrə salınmayacaq

Həbs olunmuş jurnalistin adı reyestrə salınmayacaq

26 Sentyabr 2022, 16:00

Ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilən jurnalistlərin Media Reyestrinə daxil edilmək üçün müraciətindən imtina ediləcək.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.

 

Bildirilib ki, habelə jurnalistlərin məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə Media Reyestrinə daxil edilmək üçün müraciətindən imtina ediləcək.

 

Qeyd edək ki, Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina olunan hallar müəyyənləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir