Modern.az

Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat birdəfəlik ödəmə verildi - EKSKLÜZİV

Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat birdəfəlik ödəmə verildi - EKSKLÜZİV

Ölkə

6 Oktyabr 2022, 11:12

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.

 

R.Mehdili qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəçi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

 

"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".

 

Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. 12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı