Modern.az

Pənah Hüseynin partiyası seçki ilə bağlı qərarını açıqladı

Pənah Hüseynin partiyası seçki ilə bağlı qərarını açıqladı

Ölkə

18 Dekabr 2023, 21:36

Azərbaycan Xalq Partiyasının(AXP) İdarə Heyəti 7 fevral 2024- cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərilə bağlı mövqeyini müəyyənləşdirib.

Modern.az xəbər verir ki, partiyanın İdarə Heyəti bu gün - dekabrın 18-də keçirdiyi toplantıda bun məsələyə dair qərar qəbul edib.

Qərarda deyilir ki, AXP 2020-ci ildə Azərbaycanın işğalçı Ermənistan üzərində böyük tarixi qələbəsindən və bütün ərazimizdə dövlət suverenliyimizin bərpasından sonra yaranmış yeni şəraitdə hakimiyyət və yerli özünüidarə orqanlarına seçkilərin ciddi seçki islahatı aparılmasından sonra keçirilməsi mövqeyində olub.
Lakin növbədənkənar prezident seçkiləri fakt olduqdan sonra AXP bu seçkilərə münasibətindən, o cümlədən dəyərləndirilmələrindən asılı olmayaraq onun millət, dövlət və vətəndaşımız üçün xeyirli olmasını, milli birlik və həmrəyliyə xidmət etməsini arzu edir və buna çalışacaq.
 

Qərarda qeyd edilib ki, siyasi, hüquqi - texniki və partiyanın resursları ilə bağlı problemləri, habelə partiya sədrinin bu seçkilərlə əlaqədar publik açıqlamalarını nəzərə alaraq öz təşəbbüsü ilə namizəd irəli sürülməsi barədə AXP sədri Pənah Hüseynə tam səlahiyyət verilib.
 

AXP sədri Pənah Hüseyn öz təşəbbüsüylə namizəd irəli sürərsə partiya onun  namizədliyini müdafiə edəcək və zəruri hərəkətləri icra edəcək.
 

AXP sədri P.Hüseyn öz təşəbbüsü ilə namizəd irəli sürülməzsə, o halda partiya üzvləri seçkidə iştirakla bağlı müstəqil qərarlar qəbul edib mövqelərini müəyyənləşdirəcəklər. Yəni hansı namizədi müdafiə etmək və ya etməmək, seçkiyə getmək və ya getməmək, hansı namizədə səs vermək və ya verməmək, seçkidə müşahidə hüququndan istifadə etmək və ya istifadə etməməkdə sərbəst olacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək