Modern.az

İlham Əliyevi favorit görürəm və ona səs verəcəm - Tanınmış bəstəkar

İlham Əliyevi favorit görürəm və ona səs verəcəm - Tanınmış bəstəkar

Ölkə

20 Dekabr 2023, 13:54

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyi qeydə alınıb. Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası, sabiq səhiyyə naziri Əli İnsanov seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.

 

Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.

 

Modern.az bu məqsədlə Azərbaycanın ilk hərbi marşının bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin seçkidə kimi dəstəkləyəcəyi ilə bağlı fikrini öyrənib.

 

Saytımıza açıqlamasında əməkdar incəsənət xadimi Cavanşir Quliyev növbədənkənar seçkilərdə İlham Əliyevə səs verəcəyini söyləyib.

 

"Növbədənkənar seçkilərin keçirilməsinin səbəbini bilmirəm. Lakin yüz faiz əminəm ki, xalqımız İlham Əliyevi Prezident seçəcək. Mənim özüm də İlham Əliyevi favorit görürəm və ona səs verməyi düşünürəm", - bəstəkar deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır