Modern.az

Asim Mollazadənin partiyası seçkilərlə bağlı mövqeyini AÇIQLADI

Asim Mollazadənin partiyası seçkilərlə bağlı mövqeyini AÇIQLADI

Ölkə

20 Dekabr 2023, 13:20

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Bu barədə Modern.az-a partiyadan bildirlib.

Qərara əsasən, Demokratik İslahatlar Partiyası seçkilərdə öz namizədi ilə iştirak etməyəcək.

“Lakin partiya üzvləri fəal şəkildə seçki prosesinə qatılacaq, respublika üzrə seçki kampaniyasının gedişini və ümumi seçki prosesini müşahidə edəcəklər. Partiya seçkiləri müşahidə edəcək üzvlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edəcək”, - qərarda bildirilib.

Qərarda o da qeyd edilib ki, partiya üzvləri prezidentliyə namizədlər arasında seçim etməkdə sərbəstdirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək