Modern.az

İlham Əliyevdən başqa kimə səs verməliyəm ki... - Elçin Şıxlı

İlham Əliyevdən başqa kimə səs verməliyəm ki... - Elçin Şıxlı

Ölkə

25 Dekabr 2023, 09:10

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək.

 

O, bu barədə Modern.az-a açıqlama verib.

 

Elçin Şıxlı növbədənkənar seçkilərdə İlham Əliyevə səs verəcəyini söyləyib.

 

"Tək mənim yox, bütün millətin seçkilərdə favoriti İlham Əliyevdir. Bəlkə, xırda istisnalar ola bilər. Bu, istisnalar yarım, bir faiz heç təşkil etməz. Buna görə də növbədənkənar seçki tam demokratik və ədalətli olacaq. Favorit İlham Əliyevdir, çünki mühüm işlər, xüsusilə də Qarabağın tam azad edilməsi, Azərbaycanın tam şəkildə öz suverenliyini bərpa etməsi onun adı ilə bağlıdır", - o qeyd edib.

 

Birliyin sədrinin sözlərinə görə, Azərbaycanın problemləri, görüləcək işləri çoxdur, bu işlərin  nə zaman, necə görülməsini Azərbaycanda hamıdan yaxşı bilən İlham Əliyevdir.

 

"Ona görə də favorit məsələsində heç bir şəkk-şübhə yoxdur. Təbii ki, İlham Əliyevə səs verəcəm. Başqa kimə səs verməliyəm ki? Ondan başqa adam yoxdur.  Planları, gələcək “marşrutları” ondan yaxşı bilən yoxdur. Ona görə də zaman lazımdır. Məsələlər bir-iki ilin içində həll olunası deyil. Qarabağa böyük qayıdış, iki dünya nəhənginin toqquşmasında Azərbaycanın az zərər görməsi kimi məsələləri İlham Əliyevdən yaxşı bilən yoxdur. O, bu mühitin adamıdır. Bütün əyər-əskikləri bilir. Bilir ki, kim doğru, kim yalandır. Kimin bölgədə maraqlarının nə olduğunu bilir",- o deyib.

 

Qeyd edək ki, fevralın 7-də keçiriləcək seçkilər üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi müzakirə ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!