Modern.az

Aygün Bəylər vəfat etdi 

Aygün Bəylər vəfat etdi 

7 Yanvar 2024, 01:10

Əməkdar artist Aygün Bəylər Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.

 

***

21:02

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat yayıb.

 

"Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib.

 

İfaçının rəsmi sosial şəbəkə hesabında isə bildirilib ki, Aygün Bəylərin vəziyyəti hazırda ağırdır.

***

 

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi haqda xəbərlər yayılıb.

 

Modern.az xəbər verir ki, onun ölüm xəbəri hələlik təsdiq edilməyib.

 

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

 

Xatırladaq ki, Aygün Bəylər 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

 

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.

 

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək