Modern.az

Fazil Mustafadan İlham Əliyevə TƏBRİK 

Fazil Mustafadan İlham Əliyevə TƏBRİK 

Ölkə

7 Fevral 2024, 23:30

Namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülən deputat Fazil Mustafa növbədənkənar prezident seçkilərində qələbə qazanan İlham Əliyevi təbrik edib.

 

Deputat bu barədə Modern.az-a açıqlamasında bildirib. 

 

"Biz də onu təbrik edirik. Azərbaycanda demokratik seçki keçirilməsi ənənəsinin növbəti mərhələsinə adladıq. Bütün ərazilərimizdə seçki keçirildi. Bu çox vacib idi. Bu, Azərbaycanın gələcəyi üçün olduqca yeni üfüqlər açır", - o deyib.

 

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib.

 

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək