Modern.az

İlqar Məmmədov da İlham Əliyevi TƏBRİK ETDİ

İlqar Məmmədov da İlham Əliyevi TƏBRİK ETDİ

Ölkə

8 Fevral 2024, 14:56

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Bu barədə Modern.az-a siyasi təşkilatdan məlumat verilib.

 

"Hörmətli cənab Prezident!

 

Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək