Modern.az

YAP-ın namizədlər siyahısında gənclər də var, yaşlılar da... - Aynur Sofiyeva

YAP-ın namizədlər siyahısında gənclər də var, yaşlılar da... - Aynur Sofiyeva

17 İyul 2024, 11:28

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

İclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.

YAP-ın İdarə Heyəti üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva iclasdan sonra Modern.az-a açıqlamasında deyib ki, namizədlər siyahısında gənclər də var, yaşlılar da.

YAP-ın İdarə Heyətinin digər üzvü Azər Badamov da siyahı barədə danışıb:

"İlk dəfə namizəd olan şəxslərin adı da siyahıda yer alıb. Parlamentdə olan veteran deputatların adı siyahıya əlavə edilib", - o deyib.

O, YAP-ın namizədlər siyahısında Siyavuş Novruzov, Eldar İbrahimovun da adının yer aldığını qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri