Modern.az

Komitə sədri Makrona səsləndi: Həddini aşma!

Komitə sədri Makrona səsləndi: Həddini aşma!

Parlament

2 Dekabr 2022, 11:18

Fransa Milli Assambleyası Senatın qətnaməsini kopyalayıb.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bugünkü iclasında deyib.

 

Komitə sədri Fransaya çağırış edərək bildirib:

 

“Fransanın xarici işlər naziri qeyd edib ki, qətnamə Fransa hakimiyyətinin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər yalan olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır? Hamısı Azərbaycan abidəsi olub. Həmçinin qeyd edirlər ki, orada yaşayan ermənilərin təhlükəsizlik məsələsi vacibdir. Bəs Fransa 30 il ərzində bizim 1 milyondan çox qaçqınımız üçün niyə səsini çıxarmırdı. Görünür, Fransa yenə erməni lobbisinin qurbanı olub. Tarixə nəzər salsaq, görərik ki, bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Afrikanın 14 ölkəsi Fransaya vergi verir, səbəb olaraq Fransa bildirir ki, mən sizə müstəqillik vermişəm. Artıq dünya ölkələri Fransanın üzünü görməlidir. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun ki, Fransa Prezidenti, parlamenti həddinizi aşmayın, Qarabağ Azərbaycandır!”.

 

Qeyd edək ki, bu yaxınlarda Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir