Modern.az

Məhv edilən 67 yaşlı erməni döyüşçü kimdir? - FOTO

Məhv edilən 67 yaşlı erməni döyüşçü kimdir? - FOTO

Qərbi Azərbaycan

15 Fevral 2024, 16:52

Ermənistan Ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində məhv edilmiş daha bir könüllü döyüşçüsünün şəkli yayılıb.

Modern.az-ın məlumatına görə, söhbət 67 yaşlı Hraçya Ovannisyandan gedir. O, fevralın 13-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistanın təxribatına cavab olaraq şərti sərhəddə keçirlən “qisas əməliyyatı” zamanı öldürülüb.

Ermənistandakı “Yerkrapa” Könüllülər Birliyi adlı terror təşkilatının döyüşçüsü olan Hraçya Ovannisyan 1957-ci il təvəllüdlüdür.

Ermənistan KİV-nin məlumatına görə, Ovannisyan Nerkin-Anddakı mövqedə döyüş növbətçiliyini yerinə yetirərkən azərbaycanlı snayperin atəşi nəticəsində məhv edilib.

Məhv edilmiş terrorçunun atası əslən Qarabağdan olub.
 

2016-cı ildə 59 yaşı olarkən Hraçya Ovannisyan Ermənistandakı banklardan birində hüquq departamentinin rəhbəri işləyib. Sonra “Yerkrapa” təşkilatına qoşularaq Qarabağa gedib.

Hraçya Ovannisyan Qarabağın şimal-şərqində Azərbaycan Ordusuna qarşı hərbi əməliyyatlarda iştirak edib. 44 günlük müharibənin ilk günündən isə Hadrutda olub, müharibədən sonra hərbi hazırlıq kurslarında, təlimlərdə iştirak edib,mütəmadi döyüş növbətçiliyinə çıxıb.


Xatırladaq ki, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas əməliyyatı” nəticəsində Ermənistan Ordusunun 4 hərbçisi ölüb, 1-i yaralanıb.

Məhv edilən erməni hərbçilər aşağıdakılardı:

Eduard Hamletoviç Arutyunyan (1974),

Qaqik Varazdatoviç Manukyan (1982),

Arsen Qaqikoviç Hambardzumyan (1979),

Hraçya Talışeviç Hovhannisyan (1957).
 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, xəsarət alan 1988-ci il təvəllüdlü Rostam Baqişoviç Vardanyanın həyati təhlükəsi yoxdur.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov