Modern.az

 Fransa millisinin qaldığı oteldə bomba həyəcanı

 Fransa millisinin qaldığı oteldə bomba həyəcanı

Актуально

10 İyul 2016, 22:28

Avro 2016-nın bu axşam oynanılacaq final matçı qabağı Fransa millisinin qaldığı "Pullman Centre Bercy" otelində bomba həyəcanı yaşanıb. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, paytaxt Parisdə yerləşən otelin qarşısında tapılan şübhəli bağlama insanları ciddi təşvişə salıb.

Şübhəli bağlama aşkar olunar-olunmaz iş başına keçən fransız polisi ərazidəki insanları təxliyyə edib. Giriş və çıxışın qadağan edildiyi otel ətrafı əraziyə bomba mütəxəsisləri gətirilib.

"Pullman Centre Bercy" oteli qarşısında tapılan bağlamaya baxış keçirən polis və  bomba mütəxəsisləri çantanı partlatdıb. Böyük təşvişə səbəb olan çantanın içindən isə sadəcə paltarların çıxıdığı bildirilir.

Ötən həftə də bənzər hadisə Fransanın Marsel şəhərində yaşanıb. Şəhərdən 27 kilometr uzaqlıqda yerləşən hava limanında şübhəli bağlama səbəbindən insanlar təxliyə edilib.

Hadisə yerinə cəlb edilən təhlükəsizlik xidməti əməkdaşlarının apardığı yoxlamalardan sonra insanların içəri daxil olmağına icazə verildiyi bildirilir.

Bu hava limanı sərnişin sıxlığı baxımından Avropanın 5-ci aeroportu hesab edilir.

Fransada sonuncu dəfə terror aktı isə ötən ilin noyabr ayında baş verib. Silahlı və bombalı terror hücumları yüzdən çox adamın ölümünə səbəb olmuşdu.

Hücumlar Parisin 10-cu dairəsindəki "Le Petit Cambodge" adlı restorana ve Parisin şərqində 11-ci dairədəki Bataklan teatr zalına edilib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı