Modern.az

Akif Əlizadənin baş redaktoru olduğu jurnalın yeni nömrəsi çıxdı - FOTO

Akif Əlizadənin baş redaktoru olduğu jurnalın yeni nömrəsi çıxdı - FOTO

Aktual

20 Avqust 2016, 16:28

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yarım əsrdən çox fəaliyyət göstərən “Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub.

 

Elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr” adlı məqaləsi yer alıb.

 

Bundan başqa, jurnalda “AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi potensialı”, “Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda” mövzularında məqalələr və coğrafiyaçı-alim, şair Oqtay Ələkbərovun Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş alimlərə ithaf etdiyi şeiri də öz əksini tapıb.

 

Qeyd edək ki, jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı