Modern.az

Minik maşını yük avtomobilinə çırpılıb: 1 ölü

Minik maşını yük avtomobilinə çırpılıb: 1 ölü

Güncel

18 Sentyabr 2016, 22:06

Fövqəladə Hallar Nazirliyi Zərdabda baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zərdab rayonu, Otmanoba kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılan vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Rzayev Qabil Qaybalı oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

 

Əməliyyat saat 19:25-də başa çatıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı