Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Penitensiar Xidmətin mətbuatın mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov məlumat verib.
Qurum rəsmisi bildirib ki, artıq müəssisələrdə səsvermə başlayıb.
Xatırladaq ki, bu gün Azərbaycanda Konstitusiyaya dəyişiklik və əlavələr edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilir.
Referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb.
Modern.az