Modern.az

Bakıda Koreyanın milli bayramı qeyd edildi

Bakıda Koreyanın milli bayramı qeyd edildi

Aktual

3 Oktyabr 2016, 23:06

Bu gün Bakıda Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə rəsmi qəbul təşkil edilib.

 

Modern.az xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq Qyu rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb.

 

Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasından 24 il keçdiyini vurğulayıb. Səfir siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. O, həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

 

O, ölkələrimiz arasında sıx siyasi-iqtisadi əlaqələrin yarandığını, gediş-gəlişin genişləndiyini deyib. Səfir SEBA -Seul-Bakı Azərbaycan-Koreya Mədəniyyət Assosasiyasının gördüyü işlərdən, xüsusilə məcburi köçkünlərin rifahını yaxşılaşdırmaq məqsədilə icra etdiyi proqramlardan söz açıb.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov iki ölkənin münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu deyib. O bildirib ki, imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün əlverişli qanuni baza yaradıb.

 

Bu il Seulda Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının keçirilməsi əməkdaşlığın genişlənməsinə təkan verəcək.

 

Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı