“Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin oktyabrın 14-də keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O vurğulayıb ki, Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var: “Dünyanın bir neçə ölkəsində bu ənənə var.
Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır”.
Ağa AKİFOĞLU