Modern.az

Qırğız prezidenti İlham Əliyevi təbrik etdi

Qırğız prezidenti İlham Əliyevi təbrik etdi

Aktual

18 Oktyabr 2016, 18:27

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan prezidenti  İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.

 

Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

 

Qırğızıstan qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə böyük önəm verir.

 

Əminəm ki, Qırğızıstan-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da möhkəmlənəcək.

 

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı