Modern.az

Saray bələdiyyəsinin sədrini öldürənə ömürlük həbs verildi

Saray bələdiyyəsinin sədrini öldürənə ömürlük həbs verildi

Aktual

20 Oktyabr 2016, 12:54

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və ərini qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 
Modern.az saytı xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü ilə Fədail Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Bundan əvvəlki proses prokuror da təqsirləndirilən şəxsə ömürlük həbs istəmişdi.

 

Xatırladaq ki, ötən ilin iyulunda Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun əri Vahid Əbilhəsənov Fədail Hüseynov tərəfindən amansızlıqla qətlə yetiriliblər. F.Hüseynov bələdiyyə sədrinin sürücüsü olub. O, sədrə torpaq alqı-satqısı ilə məşğul olmaqda vasitəçilik edib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı