Modern.az

Hava şəraiti Bakı-Moskva reysində gecikmələrə səbəb olur

Hava şəraiti Bakı-Moskva reysində gecikmələrə səbəb olur

Актуально

10 Noyabr 2016, 20:29

Rusiyanın “Aeroflot” şirkəti noyabrın 10-dan 11-dək Moskvanın “Şeremetyevo” hava limanından həyata keçiriləcək onlarla reysi təxirə salıb. Modern.az saytı xəbər verir ki, buna səbəb Moskvada güclü qar yağmasıdır.

 

Bu gün “Şeremetyevo” hava limanında 26 reys təxirə salınıb. İki gün ərzində “Aeroflot” 48 reysi ləğv edib.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından APA-ya verilən məlumata görə, bu gün Bakıdan Moskvaya və Moskvadan Bakıya ümumilikdə 5 aviareys həyata keçirilib. Daha iki aviareysin həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, reyslər müəyyən gecikmə ilə həyata keçirilir, təxirə salınan aviareys yoxdur.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı