Modern.az

Səudiyyə Ərəbistanı Həcc kvotasını artırır

Səudiyyə Ərəbistanı Həcc kvotasını artırır

Aktual

5 Yanvar 2017, 21:45

Səudiyyə Ərəbistanı Həcc kvotasını artırır. Modern.az saytı xəbər verir ki, Trend-in ölkənin rəsmi "SPA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Muhamməd bin Salih bin Tahir Bəntən bununla bağlı Ciddədə İslam ölkələrinin rəsmiləri ilə görüşüb.

 

Kvotanın yüksəldilməsinə səbəb Məkkənin müqəddəs məkanlarında genişləndirmə işlərinin yekunlaşmaq üzrə olması və bəzi yerlərdə işlərin tam başa çatmasıdır.

 

Nazir kvotanın yüksəldilməsi səbəbindən bu il təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini deyib. Sayın nə qədər artırılacağı açıqlanmayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı